Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində yol qəzası olub, piyada ölüb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 29-da saat 15 radələrində Ruslan Cabbarov idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən piyada, 1997-ci il təvəllüdlü Nurlan Abbasəliyevi vurub:
"Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir".
- Nikah öncəsi yoxlanan onlarla cütlükdə xəstəlik aşkarlandı
- Prezident Azərbaycan xalqını təbrik etdi
- Azərbaycana yaz fəsli daxil oldu
- Mehriban Əliyevadan Novruz paylaşımı...
- "Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
- Borclu kimi axtarışda olan 179 nəfər saxlanıldı - Rəsmi
- Bu ərazilərdə nəzarət daha da artırıldı - DİN
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Diqqət!