Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərə ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də istifadə qaydaları öyrədilir.
Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlarla səhra şəraitində müxtəlif məşğələlər keçirilir.
Toplanışın növbəti günündə hərbi vəzifəlilər atıcı silahlardan atış çalışmaları icra ediblər.
Qeyd edək ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində həyata keçirilir.
- Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı
- Azərbaycanın ən varlı şəxsləri - Siyahı
- Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan olundu
- “28 May” Nəqliyyat Mübadilə Mərkəzi işə başlayır
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- BBAK gücləndirilmiş iş rejiminə keçir
- Vüsal Nazim vəfat etdi
- Bu gündən onlar üçün metrodan istifadə pulsuzdur