Gürcüstanda yaşayan və fəaliyyət göstərən sazbənd, aşıq Bafəli Adıgözəlov Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi töhfəyə görə “Diaspor fəaliyyətində xidmət” medalı ilə təltif olunub və bu günlərdə medal ona təqdim edilib.
BUTA.TV xəbər verir ki, əslən Gürcüstan doğumlu olan diaspor fəalı İlqar İlkin bu təltifin doğru olmadığını bildirib.
O qeyd edib ki, Gürcüstanda yaşayan və Gürcüstan vətəndaşı olan soydaşlarımızın “diaspor fəaliyyətinə görə” mükafatlandırılması yanlışdır:
“Sazbənd Bafəli Adıgözəlova “Diaspor fəaliyyətində xidmətə görə” medalı niyə verilməlidir? Minillərdir Gürcüstanda yaşayan, öz tarixini, dilini, mədəniyyətini qoruyan borçalıları nə vaxtdan diaspor saymağa başlamışıq? Sazbəndin xidmətləri, əlbəttə, böyükdür, əvəzsizdir. Azərbaycan mədəniyyətini, milli musiqisini yaşadır, təbliğ edir. O zaman bu adama “Azərbaycan mədəniyyətinə xidmətə görə” mükafatı verilməlidir. Bu adamlar əsla diaspor deyil, Gürcüstanda yaşayan aboregen azərbaycanlılardır. Hər şeyi öz adı ilə çağırmaq lazımdır”.
İlqar İlkin bu günlərdə Gürcü Arzusu Partiyasının üzvləri və Rustavi şəhərinin meri Nino Latsabidzenin seçki kampaniyası çərçivəsində soydaşlarımızla görüşünü işıqlandıran “Rustavi2” telekanalının tədbirdə iştirak edən Gürcüstan azərbaycanlılarını “diaspor” adlandırmasına da toxunub:
“Hesab edirəm ki, bu, çox yanlış tendensiyadır. Gürcüstanda yaşayan soydaşlarımızın diaspor üzvləri kimi təqdim olunmasına əsla yol verməməliyik. Bu həssas bir məsələdir, görünür, kimlərsə bu cür təqdimatla Gürcüstanda gürcülərdən sonra əsas aparıcı xalq olan etnik azərbaycanlıları gözardı etməyə çalışır. Ona görə də Gürcüstanda azərbaycanlılar icma və ya diaspor kimi təqdim edilə bilməz. Onlar Gürcüstanda gürcülərdən sonra ən böyük milli kimliyə sahibdirlər və öz ata-baba torpaqlarında, aboregen xalq olaraq yaşayırlar”.
- Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı
- Azərbaycanın ən varlı şəxsləri - Siyahı
- Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan olundu
- “28 May” Nəqliyyat Mübadilə Mərkəzi işə başlayır
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- BBAK gücləndirilmiş iş rejiminə keçir
- Vüsal Nazim vəfat etdi
- Bu gündən onlar üçün metrodan istifadə pulsuzdur