Bu gün səhər saatlarında paytaxtın Heydər Əliyev prospektində zəncirvari yol qəzası baş verib.
“BUTA.TV” xəbər verir ki, prospektdə “Toyota Prado” və “Mercedes” markalı avtomobillər toqquşub.Nəticədə avtomobillər yararsız vəziyyətə düşüb. Həmçinin daha 4 avtomobilə də zərər dəyib.Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.Əraziyə polis əməkdaşları cəlb edilib.