Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinə məxsus 980 min manatı mənimsəməkdə təqsirli bilinərək qiyabi məhkum edilmiş Zərifə Abbasova ölkədən qaçıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, məhkəmədən gizləndiyi üçün bir neçə ay axtarışda olan Zərifənin Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasını tərk etdiyi məlum olub. Nəsimi Rayon Polis İdarəsi məhkəməyə göndərdiyi arayışda onun Türkiyədə yaşadığını qeyd edib.
Z.Abbasova artıq Dövlətlərarası və Beynəlxalq axtarışa verilib. İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan bildirilib ki, təqsirləndirilən xanımın yerinin müəyyən olunması istiqamətində İnterpol kanalları ilə axtarış tədbirləri davam edir.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Z.Abbasova barəsində qiyabi hökm çıxarılıb. Ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qadının üzərinə həbs qoyulmuş evi də dövlətə dəymiş ziyanın bir qisminin ödənilməsi üçün müsadirə edilib
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...