Alimlər “XBB.1.5” adlı yeni variantın aşkarlandığını elan edərək, kritik xəbərdarlıqlar ediblər.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, müvafiq olaraq, “XBB.1.5” koronavirusun əvvəlki növləri ilə müqayisədə daha sürətlə yoluxdurur.
Mütəxəssislər hesab edirlər ki, bu variant da sürətlə yayıla, səhiyyə sistemini çətin vəziyyətə sala bilər. Ona görə də alimlər indiki anda yaxın təmasdan çəkinməyi məsləhət görürlər. Bununla belə, alimlər hesab edirlər ki, yeni ştamm əvvəlkilərdən daha ağır xəstəliyə səbəb olmur.
Böyük Britaniyada təxminən 1 ay ərzində koronavirusa yoluxanların 4 faizində “XBB.1.5” aşkarlandığını bildirib.
“XBB.1.5”-in “Omikron”un mutasiyaya uğramış versiyası olduğu və ilk dəfə avqust ayında Hindistanda aşkarlandığı deyilir.
Uorvik Universitetinin virusoloqu, professor Lourens Yanq deyib: “XBB.1.5” variantı çox yoluxucudur və Nyu Yorkda xüsusən də yaşlılar arasında xəstəxanaya yerləşdirmə sayının artmasına səbəb olur".
Mütəxəssislər “XBB.1.5” variantının simptomlarının “Omikron”la oxşar olduğunu açıqlayıb. Onlar aşağıdakılardır:
- Öskürək
- Soyuqdəymə hissi
- Qızdırma
- Boğaz ağrısı
- Bədən ağrıları.
- Ordumuz soyqırımı qurbanlarının qisasını aldı...
- Bayram günlərində hadisələr zamanı 13 nəfər ölüb - FHN
- İsmayıllıda ağır qəza: 2 ölü, 3 yaralı
- Azərbaycan Ordusunun yeni hərbi obyektləri... - Foto
- Bəzi yerlərə qar yağır
- Daha bir rayonda kütləvi ixtisar: 46 nəfər işsiz qaldı
- Prezident Soyqırım Günü ilə bağlı paylaşım etdi
- Mehriban Əliyeva Soyqırım Günü ilə bağlı paylaşım etdi