Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il aliment ödəməkdən yayınan 4 299 nəfər barəsində inzibati xəta protokolu tərtib olunub. Onlardan 2 344 nəfər inzibati qaydada həbs edilib. Bundan başqa, 235 nəfərlə bağlı cinayət işi başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə İTV-nin videomaterialında məlumat verilib.
Statistika göstərir ki, alimentin ödənilməməsi hələ də minlərlə ailənin əsas sosial problemlərindən biri olaraq qalır. Bir çox hallarda məhkəmə qərarı olsa belə, alimentin ödənilməsi təmin olunmur və uşaqların bütün yükü valideynlərdən birinin üzərinə düşür.
Mütəxəssislərin sözlərinə görə, aliment ödəməyən şəxslərin böyük hissəsi ya rəsmi gəliri olmayan, ya da məsuliyyətdən yayınan şəxslərdir. Bu isə alimentin icra prosesini çətinləşdirir. Məhz bu səbəbdən son dövrlər aliment fondunun yaradılması məsələsi yenidən gündəmə gəlib.
- WUF13-lə bağlı çəkilmiş zolaqlar qüvvədən düşür: Bu yoldan başqa
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?