WUF13 tədbirinə qədər aidiyyəti qurumlar konkret fəaliyyət planı hazırlamışdı və bu barədə ictimaiyyət də məlumatlandırılmışdı. Alternativ yolların təşkili, yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, həm şəhər sakinlərinin, həm də xaricdən gələn iştirakçıların nəqliyyat vasitələri ilə təmin olunması əvvəlcədən planlaşdırılmışdı. Buna görə də tədbir çərçivəsində ciddi problemlər yaşanmadı.
Bu sözləri BUTA.TV-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıda keçirilən WUF13 tədbiri fonunda paytaxt yollarında heç bir yüklənmə olmaması və əlavə sıxlığın yaranmaması haqda danışarkən deyib.
Ekspert bildirib ki, düzgün planlama və əvvəlcədən hazırlanmış idarəetmə modeli tədbirlə bağlı yolların yüklənməsinin qarşısını aldı:
“Əhali də doğru məlumatlandırılmışdı. Vətəndaşlar zərurət olmadan şəhər mərkəzinə fərdi avtomobillərlə getmədilər. Adətən Bakı şəhərinin girişlərində ciddi sıxlıq müşahidə olunur. Amma bu həftə əvvəlki həftələrlə müqayisədə həmin sıxlığın xeyli azaldığını gördük”.
Ekspertin sözlərinə görə, WUF13 çərçivəsində tətbiq edilən nəqliyyat idarəetmə sistemi gələcək üçün də nümunə sayıla bilər:
“Bu tədbir bizim üçün əlavə təcrübə oldu. Düşünürəm ki, bu tənzimləmə təcrübəsindən istifadə etməklə Bakıda sıxlığın azaldılması istiqamətində addım atmaq olar”.
Qeyd edək ki, 17 mayda Bakıda öz işinə başlayan Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu gün işini başa vuracaq.
- WUF13-lə bağlı çəkilmiş zolaqlar qüvvədən düşür: Bu yoldan başqa
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?