Tanınmış iş adamı Acun Ilıcalının prodüseri olduğu məşhur “Survivor Yunanıstan” yarışmasının 2026-cı il finalı dramatik hadisələrlə yadda qalıb.
“BUTA.TV” xəbər verir ki, mövsüm ərzində ağır qəza keçirərək ayağı amputasiya olunan iştirakçı Stavros Floros final şurasında çempion elan olunub.
Dominikan Respublikasında çəkilişlər zamanı baş verən qayıq qəzasında Floros ağır xəsarət alıb və nəticədə ayaqlarından biri amputasiya edilib. Hadisə mövsüm boyunca həm yarışma iştirakçıları, həm də tamaşaçılar tərəfindən geniş müzakirə olunub.
Final gecəsində açıqlanan nəticələrə əsasən, prodüser heyətinin “əsl Survivor” adlandırdığı Stavros Floros mövsümün qalibi seçilib və 250 min avro məbləğində əsas mükafata layiq görülüb.
Final zamanı duyğusal anlar yaşanıb. İştirakçılar çıxışlarında həm Stavrosa, həm də qəza zamanı onun həyatını xilas etdiyi bildirilən Manosa dəstək mesajları veriblər. Manos “qəhrəman”, Stavros isə “həyatın əsl döyüşçüsü” kimi xarakterizə olunub.
- WUF13-lə bağlı çəkilmiş zolaqlar qüvvədən düşür: Bu yoldan başqa
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?