Şəmkirdə bədbəxt hadisə baş verib.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.
Belə ki, sözügedən kənddə vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman torpaq tikilmiş divar uçub.
Nəticədə iki nəfər uçmuş mişar daşlarının altında qalıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri cəlb edilib.
Bir nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər şəxs isə huşsuz vəziyyətdədir və hazırda onun xilas edilməsi istiqamətində xilasedicilər tərəfindən tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır
- Saleh Səmədov nə qədər pul mənimsəyib?
- Hacıyevdən Horadiz-Ağbənd yolu ilə bağlı açıqlama
- Saleh Səmədov 200 min manat mənimsəyibmiş
- Böyük planlarınız üçün böyük kredit – “Expressbank”da
- Elvinin “Qarabağ”ın tədbirinə çağırılmaması müzakirə yaratdı - Yola salınır?
- Nadir: “Ən abırsız insanlar Azərbaycanda yaşayır” - VİDEO
- Hamlet Musayevin qızı həbsdən azad edildi
- Bazarlarda nübarlıq meyvələrin qiymətləri - Video