Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 985 qram narkotik vasitə (7 kq 885 qram heroin, 4 kq 100 qram metanfetamin) və 20 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Pensiya alanların nəzərinə!
- ADSEA xidmətlərini genişləndirdi - Videoreportaj
- İrandan 12 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Ölən kursantın kədərli taleyi: dostunun qəbri üstündə... - Foto
- Bakıdan Tiflisə qatarla neçəyə getmək mümkün olacaq?
- Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürüləcək
- Qarabağ qazisinin kursant oğlu vəfat etdi - Foto
- 5700 əlilə 271 min reabilitasiya vasitəsi verildi