Türkiyədə keçirilən "EFES-2026" çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.
Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər.
Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.
- Hərbçilərimiz “düşmən gəmisi”ni ələ keçirdi - Video
- DYP-də bölmə rəisi təyin edildi - Foto
- Elvin Hacıyevə yüksək vəzifə verildi
- Bakı-Tiflis dəmiryolu ilə sərnişindaşıma bərpa olunur - Tarix
- XTQ-nin bölmələrində inspeksiya yoxlaması oldu - Foto
- AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - Video
- Bakı–Qəbələ-Bakı marşrutu ikitərəfli hərəkət edəcək
- Bakıda liderlərlə çay süfrəsindən foto paylaşdı