Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov yenə jurnalistləri tənqid edib.
“BUTA TV” xəbər verir ki, o, bununla bağlı “Planet Parniz iz Baku”nun rəsmi “İnstagram” səhifəsində paylaşım edib. Aktyor mayın 15-də keçirilən konsert proqramlarından görüntülər paylaşan jurnalistlərə səslənib:
“Dünən konsertimizə gələn hər kəsə təşəkkür edirəm. Bir çoxlarınız bizim xahişimizi nəzərə alaraq konserti telefonla çəkmədiniz. Dəfələrlə demişik ki, bu konsertlər bizim çörəyimizdir. Çox sağ olsunlar ki, haqqımıza girmədilər. Lakin yenə də bəzi saytlar ucuz sensassiya üçün görüntüləri çəkərək, biz hallalıq vermədən videoları dərc ediblər. Bir daha sizlərə müraciət edirəm ki, bu pis əməllərinizdən əl çəkin. Başa düşün ki, halallıq olmayan yerdə yaxşılıq da olmayacaq”. Marqarita pizza
T.İmanov paylaşım edənlərə bəddua etdiyini bildirib:
“Allah şahiddir ki, heç vaxt heç kəsə bəddua etməmişəm, amma indi deyirəm ki, burnunuzdan gəlsin. Biz sizə halallıq vermirik. Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir. Çox əsəbiyəm. Dəfələrlə müraciət etmişik ki, bizim tərəfə baxmayın, heç nə yazmayın. Sizin bayağılıqlarınız və ucuz mövzularınız arasında olmaq istəmirik. Uşaq-muşaq jurnalistlər yazırsa, saytın rəhbərləri hara baxır? Televiziyalarda bayalığa son qoyduğunuz kimi, saytlarda da buna son qoyun”.
Qeyd edək ki, mayın 15-də Heydər Əliyev Sarayında “Planet Parni iz Baku”nun mərhum Əməkdar artist Cabir İmanova həsr olunmuş “Xalqın artisti” adlı konsert proqramı keçirilib.
- Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
- Bakı-Naxçıvan uçuşları təxirə salındı
- Daha bir sabiq deputat vəfat etdi - Foto
- Qafqazın ən böyük tunelindən yeni - Video
- Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi - Fotolar
- Güclü külək əsəcək – Sarı və narıncı xəbərdarlıq
- Ordumuz yaz-yay rejiminə keçdi - Video
- WUF13: İctimai nəqliyyatda hərəkət necə təşkil ediləcək?