Bakıda dünyanın müxtəlif ölkələrindən qonaqları bir araya gətirən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işini davam etdirir.
“BUTA.TV” xəbər verir ki, WUF13 çərçivəsində şəhərlərin gələcəyi, inklüzivlik məsələlərinin müzakirəsi ilə yanaşı, tədbirin canlı atmosferinin media nümayəndələri tərəfindən bütün dünyaya operativ çatdırılması da xüsusi diqqət çəkir.
Belə ki, yerli media nümayəndələri, eləcə də tədbir üçün ölkəmizə gələn çox sayda jurnalist forumun hər anının işıqlandırılması üçün həm xüsusi təşkil edilmiş Media Hub-da, həm də tədbirin baş tutduğu əsas məkanlarda fəaliyyətlərini davam etdirirlər.
Xəbəri rus dilində oxuyun: На этот раз — сами в объективе... - ФОТО
Sözügedən Media Hub isə həm yerli, həm də xarici media nümayəndələrinin rahat fəaliyyət göstərməsi üçün zəruri texniki avadanlıqlarla təchiz olunub.
Onu da qeyd edək ki, tədbir məkanında çalışan media nümayəndələri yalnız rəsmi sessiyaları deyil, eyni zamanda forum iştirakçıları arasında müxtəlif dialoqları, şəhərsalma layihələrinin təqdimat mərasimlərini, eləcə də “Urban Expo” sərgi ərazisində müxtəlif ölkələrin pavilyonlarını da işıqlandırırlar.
Günel İbrahimova
Fotolar: Xəyal Vəlizadə





































- Bakı əhalisinin sayı açıqlandı
- “EuroHome”un sahibinin daha bir obyekti yandı
- Putin Çindədir
- Muğanlı–İsmayıllı yolununun bir hissəsi təmir olundu
- WUF13: ADY-nin ilk infosessiyası baş tutdu
- Evlənən və boşananların sayı azaldı
- Orada günəş belə qürub edir... - Fotolar
- WUF13 tarixində ilk: Azərbaycanın təşəbbüsü ilə...