“Erməni xalqı müvəqqəti dayanacaq psixologiyasından imtina etməli, Ermənistan Respublikasını vətən və sığınacaq kimi qəbul etməlidir”.
“BUTA.TV” “Armenpress” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniyada çıxışı zamanı söyləyib.
“Vətən axtarışı prosesi başa çatıb. Biz öz vətənimizi tapmışıq və bu, Ermənistan Respublikasıdır”, - Baş nazir vurğulayıb.
“Əgər təhtəlşüurda əvvəlki yaşayış yerlərinə - Vana, Muşa, Qarabağa, Naxçıvana qayıtmaq düşüncəsi mövcuddursa, biz öz ölkəmizi tranzit məntəqəsi kimi qəbul etməyə başlayırıq”, - o qeyd edib.
Paşinyan bunu yolda dayanma hissi ilə müqayisə edib: “Bugünkü siyasi prosesin mahiyyəti ondan ibarətdir ki, biz Ermənistan Respublikasını dayanacaq kimi deyil, təyinat nöqtəsi kimi qavramağa başlayırıq”.
“İndi onlar buraya gəliblər. Biz istəyirik ki, bu insanlar bizim kimi məskunlaşsınlar və dayanacaq qavrayışını təyinat nöqtəsi qavrayışına dəyişsinlər”, - Paşinyan əvvəllər Qarabağda məskunlaşmış ermənilərə müraciətində deyib.
- Bakı əhalisinin sayı açıqlandı
- “EuroHome”un sahibinin daha bir obyekti yandı
- Putin Çindədir
- Muğanlı–İsmayıllı yolununun bir hissəsi təmir olundu
- WUF13: ADY-nin ilk infosessiyası baş tutdu
- Evlənən və boşananların sayı azaldı
- Orada günəş belə qürub edir... - Fotolar
- WUF13 tarixində ilk: Azərbaycanın təşəbbüsü ilə...