Bakı Dənizkənarı Bulvarının uzunluğunun gələcəkdə 25 kilometrə qədər artırılması nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bunu Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, son illərdə Bakı Dənizkənarı Bulvarı keyfiyyətcə yeni mərhələyə keçib.
E.Əzizov qeyd edib ki, əvvəllər 3 kilometr olan bulvarın uzunluğu hazırda 17 kilometrə çatdırılıb.
O əlavə edib ki, gələcəkdə bu ərazinin 25 kilometrədək genişləndirilməsi planlaşdırılır.
- Bakı əhalisinin sayı açıqlandı
- “EuroHome”un sahibinin daha bir obyekti yandı
- Putin Çindədir
- Muğanlı–İsmayıllı yolununun bir hissəsi təmir olundu
- WUF13: ADY-nin ilk infosessiyası baş tutdu
- Evlənən və boşananların sayı azaldı
- Orada günəş belə qürub edir... - Fotolar
- WUF13 tarixində ilk: Azərbaycanın təşəbbüsü ilə...