Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb.
BUTA.TV xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov, AHİK-in sədri Sahib Məmmədov və ASK-nın prezidenti Ələkbər Məmmədov imzalayıb.
Baş Kollektiv Saziş Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və ölkə qanunvericiliyinə əsaslanaraq, 2026-2028-ci illər üçün sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edir.
Tərəflər hesab edirlər ki, ölkədə uğurla həyata keçirilən islahatlar, sosialyönlü və dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizliyin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir. Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə (tarif) sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir. Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını, Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi
- Bakıda xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
- "Azercell" bu müştərilər üçün rəqəmsal imkanları genişləndirir
- Sabahdan bu zolaqlara girsəniz - Cərimə olunacaqsınız
- Bu reklamlara aldanmayın! – Xəbərdarlıq
- Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı
- Azərbaycanda yeni Baş Kollektiv Saziş bağlanıldı