Azərbaycanda mayın 9-da 27 dərəcə isti gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70%, gündüz 50-55% təşkil edəcək.
“Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-8° isti, gündüz 13-18° isti olacaq.
- Buraxılış imtahanının nəticələri elan olundu
- "İçərişəhər"dəki işindən çıxdı, Parisdə vəzifə verildi - Foto
- Aqil Qurbanov Türkiyədə: Generallarla görüşdü - Foto
- Qəbiristanlıqda tapılan azyaşlı sığınacağa yerləşdirildi
- "City Garden Narimanov"da bağçalı mənzillər ipoteka ilə satışdadır
- Bu qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək – Cədvəl
- Bu pozuntuya görə cərimə balı ləğv edilməlidir
- Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - Foto