Bu gün işdən tez çıxa biləcəksiniz

10:44 - 8 May 2026 - GÜNDƏM

 Bu gün işdən tez çıxa biləcəksiniz

Bu gün Azərbaycanda qısa iş günüdür.

BUTA.TV milli.az-a istinadla xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.

Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günüdür.

Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.

Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

Qeyd edək ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbəyə təsadüf etdiyindən, bazar ertəsi - 11 may da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün - 9, 10, 11 may tarixləri istirahət günləridir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol