Bakıda dağılan körpü yenidən tikiləcək

13:36 - 28 Aprel 2026 - GÜNDƏM

 Bakıda dağılan körpü yenidən tikiləcək

Bakı şəhəri, Qaradağ rayonunda yeni körpü tikiləcək.

BUTA.TV xəbər verir ki, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.

Belə ki, Səngəçal–Çeyildağ yolunun 13-cü km-də dağılmış körpünün əvəzinə yeni körpü tikiləcək.

Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı

Xatırladaq ki, sel suları Qaradağ rayonu ərazisindən keçən Səngəçal-Ceyildağ avtomobil yolunun üzərində yerləşən körpüdə fəsadlar törətmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol