Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 99/2 ünvanında yerləşən, fiziki şəxs Qoşqar Hidayət oğlu Aslanova məxsus unlu qənnadı məmulatlarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, çarpaz çirklənmənin qarşısının alınması üçün şəraitin yaradılmadığı, havalandırma sisteminin qurulmadığı, avadanlıqların mütəmadi təmizlənmədiyi, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
- 70 kq qızılla saxlanılan Məmmədova cəza istənildi
- Bu yataqlar "AzerGold"un istifadəsinə verildi
- Əli Əsədov iclas keçirdi
- Bəzi yerlərə intensiv yağış yağır
- Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verildi
- Bakıda vəziyyəti qəfil pisləşən kişi xilas edildi, lakin... - Video
- Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırdı
- Bir ildə 2 quruma rəis təyin olunan məmurun yerinə təyinat - Foto