Xızı rayonunun Sitalçay kəndində həyata keçirilən xilasetmə işləri nəticəsində 6 evdən 13 nəfər təxliyə edilib.
BUTA.TV xəbər verir ki, bunu kənddə xilasetmə işlərini davam etdirən Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunlarının polkovniki Cəfər Həsənov deyib.
Onun sözlərinə görə, əraziyə zəruri texnika və canlı qüvvə cəlb olunub:
"Bu gün səhər saat 7-8 radələrində FHN-in Böhran İdarəetmə Mərkəzindən Mülki Müdafiə Qoşunlarına Sitalçay ərazisində baş verən daşqın hadisəsi ilə bağlı dəstək üçün müraciət siqnalı gəlib. Hazırda ərazidə Mülki Müdafiə Qoşunlarının iki böyük, bir kiçik texnikası, həmçinin 15 nəfər şəxsi heyət xilasetmə tədbirləri həyata keçirir. Bu saata qədər azı 6 evdən 5-i uşaq, 5-i yaşlı olmaqla ümumilikdə 13 nəfər təxliyə edilib".
- Evinin damını təmir edərkən yıxıldı, öldü
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...
- ABB güzəştli kreditlər verəcək
- Övladının dəfnində canlı yayım açan şəxs nəzarətə götürüldü
- 8 noyabr prospektində yağışın fəsadları aradan qaldırılır