Dəm qazından zəhərlənən altı uşaqdan biri öldü

12:50 - 4 Aprel 2026 - GÜNDƏM

 Dəm qazından zəhərlənən altı uşaqdan biri öldü

Sumqayıt şəhərində dəm qazından zəhərlənən azyaşlılardan bir ölüb.

Bu barədə BUTA.TV-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 1-də saat 13:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 2010-cu il təvəllüdlü şəxsin (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 06:30-da bioloji ölüm faktı qeydə alınıb.

"Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, ağır kəllə-beyin travması, baş-beynin əzilməsi, ikitərəfli pnevmotoraks və dalağın cırılması diaqnozları təyin olunan pasiyent üzərində splenektomiya (dalağın götürülməsi) əməliyyatı icra olunmuşdu", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, aprelin 1-də Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində çoxuşaqlı ailənin altı üzvü dəm qazından zəhərlənmişdi. Onlar evə buraxılsalar da, daha sonra yenidən xəstəxanaya yerləşdirilmişdilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol