Martın 31-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağır.
Qar örtüyünün hündürlüyü Şahdağda 49, Zaqatalada (Əlibəy) 11, Qaxda (Sarıbaş) 10 sm-dir.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 33, Şəkidə (Kişçay) 32, Zaqatalada 23, Oğuzda 20, Balakən və Şahdağda 17, Xaçmazda 10, Qəbələdə 9, Naxçıvan və Şahbuzda 8, Şəmkirdə 7, Qusarda 6, Gəncədə 5, Culfa, Yevlax, Ordubad, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Tovuz, Mingəçevir, Göyçay, Ağdam, Daşkəsən, Göygöl, Goranboy, İsmayıllı, Quba, Tərtər, Kəlbəcər, Şuşa və Bərdədə 5 mm-dək qeydə alınır.
Martın 30-da bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Lerikdə 19, Yardımlıda 18, Zəngilanda 17, Astarada 16, Zaqatala və Oğuzda 15 m/s-dək güclənib.
Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Quba, Qusar, Tərtər, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
- 26 yaşlı oğlan 65 yaşlı qadına təcavüz edib?
- Bakıda dəhşət: qardaş qardaşı qətlə yetirdi
- Bakıda baş verən qəzanın - Anbaan videosu
- Sahil Babayev ona vəzifə verdi - Foto
- Onların ailə üzvlərinə Prezident təqaüdü veriləcək
- Prezident sərəncam imzaladı
- Xırdalanda su problemi nə vaxt düzələcək? - Açıqlama
- May ayında 14 gün iş olmayacaq