Kahı yükünün içərisindən külli miqdarda marixuana çıxdı

13:20 - 28 Mart 2026 - GÜNDƏM

 Kahı yükünün içərisindən külli miqdarda marixuana çıxdı

Dövlət Gömrük Komitəsi (DGK) "kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib.

BUTA.TV bu barədə DGK-ya istinadən xəbər verir.

Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik maddə müəyyən olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

"Kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsinə "Biləsuvar" gömrük postunda kinoloji xidmət itinin köməyi ilə ətraflı gömrük yoxlaması tətbiq edilib. Yoxlama gedişində nəqliyyat vasitəsindəki "kahı" yükünün arasında qablaşdırılaraq gömrük nəzarətindən gizli şəkildə keçirilmək istənilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar olunub.

Bu xəbər hal-hazırda çox oxunur
KVN komandasından heç kim Elnurla vidaya getmədi

Hadisə ilə əlaqədar araşdırma davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol