Yol polisi sürücülərə müraciət etdi

11:52 - 28 Mart 2026 - GÜNDƏM

 Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

İdarədən BUTA.TV-a verilən məlumata görə, hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.

"Yaranan çətinliklərin aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparan DYP əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər görülür.

Lakin yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri sürücülərdən diqqətli olmağı, qaydalara qeyd-şərtsiz əməl etməyi tələb edir.

Bu xəbər hal-hazırda çox oxunur
KVN komandasından heç kim Elnurla vidaya getmədi

Bayram tətili günlərində səfərə çıxan əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, bir daha sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, ehtimal olunan təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görməyi, xüsusilə sürət həddini, ara məsafəsini, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edirik.

Dəyərli sürücülər, əmin olun ki, əlverişsiz hava şəraitində də intizamlı və səbrli davranmaqla həm özünüzün, həm də digər hərəkət iştirakçılarının mənzil başına sağ-salamat çatmasına töhfə verə bilərsiniz", - müraciətdə deyilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol