İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur.
BUTA.TV xəbər verir ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əhaliyə müraciət edib.
Bildirilib ki, ANAMA-ya işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz Bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur:
"Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırıq. Lakin unutmayaq ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur. Qeyd edək ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi ərazilərdə mina hadisələri də baş verib. Bu səbəbdən hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əməl etməyə, bələd olmadığınız ərazilərə daxil olmamağa çağırırıq".
- Daha bir şirkətin vergi borcu üzə çıxdı
- Nəriman İskəndərov Azərbaycana ekstradisiya ediləcək
- Məzahir Pənahovun maaşı bu qədər artdı
- Kamran Əliyevin maaşı 10490 manat qaldırıldı
- MSK üzvlərinin maaşları artırıldı
- Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırıldı
- Yeni vəzifə maaşları: Baş nazir 17160 manat, nazir isə...
- Qəbiristanlıqlarda mina riski var, diqqətli olun!