Tovuzda ana yardım bəhanəsi ilə daxil olduğu evdə 3 aylıq körpəsini tərk edərək uzaqlaşıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, qadın kimsəsiz olduğunu əsas gətirərək tanımadığı yaşlı sakindən kömək istəyib. Ev sahibi qadını və üç aylıq körpəsini mənzilə daxil olmasına icazə verib.
Bir müddət sonra ana uşağa qida almaq adı ilə evdən çıxıb və geri dönməyib. Bundan sonra ev sahibi dərhal polis orqanlarına məlumat verib.
Hazırda üç aylıq qız uşağı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkim nəzarətindədir. Körpənin müayinələrdən sonra sığınacağa təhvil verilməsi planlaşdırılır.
Faktla bağlı araşdırma aparılır.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm