Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 13 kilometr olub və episentrdə, episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Qeyd edək ki, daha əvvəl də rayon ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 00:36-da meydana gəlib. Bu zəlzələ hiss olunmayıb. Daha sonra maqnitudası 3,6 olan iki zəlzələ yerli vaxtla saat 02:01 və 03:38-də baş verib. Hər iki yeraltı təkanlar Pirqulu stansiyasından 23 km cənub-qərbdə baş verib və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Xatırladaq ki, ötən gün Şamaxı rayonunda üç dəfə zəlzələ olub.
- Kazan və Moskvadan Dubaya uçan təyyarələr Bakıya eniş etdi
- Təl-Əvivə uçan təyyarə Bakıya geri qayıtdı
- Bu ərazilərə qar yağır
- Bakıda yolların kənarındakı köşklər yığışdırılır? - Video
- İrana hücum: təyyarələr Bakıya qayıtdı - AZAL
- İsrail İran prezidentinin iqamətgahını vurdu - Təcili
- Vatsapdan gələn zənglər... – DİN-dən xəbərdarlıq
- İsmayıllıda 3 maşın toqquşdu: ölənlər var - Foto