Əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilərin siyahısının genişləndirilməsi təklif edilir.
BUTA.TV xəbər verir ki, bu, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, 60 yaşdan yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklif edilir.
Hazırkı qanunvericiliyə görə, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinə xitam verilməsi qadağandır.
Məruzədə yer alan təkliflər sırasında dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısına daxil edilməsi də var.
- “Qanlı Ay” tutulması olacaq - Tarix
- Mənzil seçimləri “City Garden Narimanov”da faizsiz kreditlə...
- "Azercell"in Tiktok səhifəsi rəsmi təsdiq nişanı əldə edib
- Arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı çağırış
- Şamaxıdakı qətllə bağlı cinayət işi açıldı
- Rus ordusunda döyüşən Abbasov itkin düşdü - Foto
- Otelin ofisiantlarının ölümü: hökm oxundu
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...