“Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur. Yenə də deyirəm, biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bunu Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
"Yenə də bildirmək istəyirəm, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular", - Prezident qeyd edib.
- Azərbaycan xalqının əyilməz ruhunu görürük - Prezident
- Ramazanın 9-cu günü: Dua, imsak və iftar vaxtı...
- Leyla Əliyeva Vətən müharibəsi qazisi ilə görüşdü - Foto
- Soyqırım qurbanlarının ailə üzvləri ilə görüş keçirildi
- İqtisadi Şuranın iclası keçirildi
- FHN-də Xocalı faciəsinin qurbanları anıldı - Foto
- Azərbaycan dövləti o qədər güclüdür ki... - Əliyev
- Bakı aeroportunda taksi üçün ödəmə köşkləri quraşdırıldı