Bakı aeroportunda taksi üçün ödəmə köşkləri quraşdırıldı

18:14 - 26 Fevral 2026 - GÜNDƏM

 Bakı aeroportunda taksi üçün ödəmə köşkləri quraşdırıldı

Heydər Əliyev Beynəlxalq Aeroportunun baqaj bölməsində "Bakı Taksi Xidməti" MMC-nin ödəmə köşkləri quraşdırılıb.

Bu barədə BUTA.TV-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu köşklər vasitəsilə sərnişinlər baqaj gözlədikləri vaxt "Bakı Taksi Xidməti"ndən maşın sifariş edə bilərlər. Sifariş zamanı həm nağd, həm də bank kartları ilə ödəniş imkanı mövcuddur. Sərnişinlər ödəmə köşkündə əvvəlcədən ünvan seçib sifariş etdikləri taksi ilə qəbz vasitəsilə rahat şəkildə səfərlərini həyata keçirə bilərlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol