Deputat seçicilərini belə aldadır - Həm də rəsmi qəzet vasitəsilə

15:39 - 26 Fevral 2026 - GÜNDƏM

 Deputat seçicilərini belə aldadır - Həm də rəsmi qəzet vasitəsilə

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalı seçicilərinin onunla əlaqə saxlaması üçün işləməyən telefon nömrəsi verib.

“Yeni Sabah”ın xəbərinə görə, parlament üzvlərinin aylıq vətəndaş qəbul cədvəli Milli Məclisin mətbuat orqanı olan rəsmi dövlət qəzetində - “Azərbaycan”da dərc olunur.

Deputatların 2026-cı il mart ayı üzrə seçicilərlə görüş cədvəli də adıçəkilən qəzetdə işıq üzü görüb.

Cədvəl Milli Məclis üzvlərinin soyadının baş hərfinə uyğun olaraq, əlifba sırası ilə verilib.

Ağamalı Günay Fəzail qızı 6-cı sıradadır. Qeyd olunub ki, o, martın 7-də Salyanda, 14-də isə Biləsuvar və Neftçala rayonlarında seçiciləri ilə görüşəcək. Deputatın qəbuluna yazılmaq, qəbulun yeri və saatı barədə məlumat almaq üçün onun köməkçisi Emin Xudiyevlə əlaqə saxlamaq lazımdır. Bunun üçün köməkçinin +99451 451 26 76 nömrəli telefonuna zəng etmək tələb olunur. Amma məsələ ondadır ki, bu nömrə mövcud deyil. Həmin nömrəni yığanda operator “bu nömrə təyin edilməyib” cavabını verir.

Bunun səbəbini öyrənmək üçün Günay Ağamalı ilə əlaqə saxlamağa çalışdıq. Lakin deputat zənglərə cavab vermədi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol