Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi

01:06 - 28 Fevral 2026 - GÜNDƏM

 Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi

Rusiyanın Baş naziri Mixail Mişustin Adam Xakimovun Rusiyanın Azərbaycandakı yeni ticarət nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

BUTA.TV xəbər verir ki, bu sərəncam hüquqi aktların rəsmi portalında dərc edilib.

"Adam Salaudinoviç Xakimov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi təyin edilsin", - deyə sərəncamda qeyd olunub.

Rusiyanın Baş naziri başqa bir sərəncamla, xidmət müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq Ruslan Mirsayapovu vəzifəsindən azad edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol