22 yaşlı oğlan bıçaqlandı, iş yoldaşları saxlanıldı

11:50 - 26 Fevral 2026 - KRİMİNAL

 22 yaşlı oğlan bıçaqlandı, iş yoldaşları saxlanıldı

Biləsuvarda gənclər arasında yaranan mübahisə bıcaqlanma ilə nəticələnib.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib.

Cəbrayıl rayon sakini 2004-cü il təvəllüdlü Fərid Həziyevin iş yoldaşları tərəfindən bıçaqlandığı bildirilir.

Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat olunub, reanimasiyaya yerləşdirilib.

Əməli törətmək şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, adı çəkilən şəxslər rayonda Günəş elektrik stansiyasının tikintisində çalışırlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol