Plastik cərrahiyyə üzrə iki mərkəz yaradıldı - Nazir

11:46 - 26 Fevral 2026 - GÜNDƏM

 Plastik cərrahiyyə üzrə iki mərkəz yaradıldı - Nazir

Azərbaycanda plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə iki mərkəz yaradılıb.

Bu sözləri BUTA.TV-a açıqlamasında səhiyyə naziri Teymur Musayev estetik əməliyyatlar sahəsində görülən işlər barədə danışarkən deyib.

“Onlardan biri Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərir. Burada xüsusi şöbə yaradılıb, tam kadr təminatı aparılıb və ən müasir avadanlıqlarla təchiz edilib. Digər mərkəz isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun klinik bazası olan Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasında yerləşir. Klinika əsaslı təmir olunub və yaxın günlərdə açılışı nəzərdə tutulur”, - nazir bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol