Son aylar müəllimlərin maaş artımı ilə bağlı gözləntilər yenidən gündəmə gəlib. Maraqlıdır, müəllimlərin əməkhaqqının artırılması gözlənilirmi?
"Buta TV" xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, büdcə təşkilatlarında çalışanların, o cümlədən müəllimlərin əməkhaqqına müəyyən əlavələr olunacaq.
“Bu istiqamətdə ay ərzində Nazirlər Kabinetinin qərarı və ya Prezidentin sərəncamı ilə dəyişikliklər baş verə bilər”.
İqtisadçı qeyd edib ki, artımın həcmi ilə bağlı dəqiq fikir söyləmək çətindir:
“Lakin görünən odur ki, maaş artımı gözlənilir və bu ilin əvvəlində, ilk aylarında belə bir qərarın verilməsi ehtimalı kifayət qədər yüksəkdir”.
- Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olundu
- Dilənçiliyə görə cəzalar tətbiq ediləcək
- Avtomobilin ön şüşəsinə kağız bildiriş qoyulması ləğv olunur
- Süni intellektlə bunu edənlər həbs olunacaq
- Sabah hava necə olacaq?
- Təsərrüfatını böyütmək istəyənlər üçün fürsət!
- ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirildi
- Müavinət və təqaüd alanların nəzərinə!