İsraillə 12 günlük müharibə zamanı “bəzi qonşu ölkələrin” pilotsuz təyyarələri İran ərazisinə daxil olub.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın Sərhəd Polisinin komandiri, general Əhməd Əli Qudərzi deyib.
“Mehr”in məlumatına görə, Qudərzi ölkənin hüquq-mühafizə orqanlarının fəaliyyətinə həsr olunmuş mərasimdə bildirib:
“Sionist rejimin bizimlə apardığı 12 günlük müharibə zamanı bəzi ölkələrin pilotsuz təyyarələri və kvadrokopterləri ərazimizə soxulub. Biz bu hadisələri sənədləşdirib müvafiq hesabatlar təqdim etdik. Sərhədçilərimiz üç mikroavtobusun qonşu ölkənin ərazisində olduğunu və oradan pilotsuz təyyarələrin havaya qalxdığını görüblər. Həmin ölkənin sərhədçilərinə məlumat verəndə onların qoşunları hərəkətə keçdi, qarşıdurma zamanı 3 nəfər həlak olub, digərlərini həbs ediblər".
- Sabah bu ərazilərdə işıq olmayacaq
- Sərhəddə 1,5 milyon manatlıq siqaret ələ keçirildi
- Aldığı pulların hamısını qaytardığını deyib
- Azərbaycanda 2 bitki yağı emalı zavodu yaradılacaq
- Meteohəssas şəxslərin nəzərinə - Xəbərdarlıq
- Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
- Azərbaycanda yeni universitet yaradılacaq
- Bakı-Tiflis-Bakı qatarının hərəkət qrafiki