Bakıda lombarda basqın edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb. Şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq, pul tələb edib. Orada çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.
Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Azərbaycanda DƏHŞƏT: Tanınmış idmançı Ruslan Surxayevin qatili öldürüldü
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

- "Dünyanın yarısı Belarusdakı "diktatura"nı arzulayır" - Lukaşenko
- İmamoğlu İrəvandan Ankaraya “qapı” açacaq? – 34 illik sənəd...
- Moskva məhkəməsi vurulan təyyarəmizlə bağlı qərar verdi - Video
- Zəngəzurda bir rus sərhədçisi öldü, digəri yaralandı
- Sülh sazişinin imzalanması dalana dirənib? - Simonyan
- Arda Gülər “İnter”ə gedir? – Özü açıqladı
- Arakçı Mirzoyanla görüşdü
- Şahin Diniyev: "İndiki Azərbaycan millisini toparlamaq üçün 50 il də azdır"