Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davam etdirilib.
BUTA.TV xəbər verir ki, budəfəki məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyana dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçiləri tərəfindən suallar verilib.
Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı da Ermənistan silahlı qüvvələrinin Baş Qərargahına məruzə etdiyini, Qarabağdakı qondarma rejimin “rəhbərliyi”nə isə heç bir məlumat vermədiyini bildirib.
L.Mnatsakanyan qeyd edib ki, qondarma rejimdə “ordu”nun inkişaf planını və digər sənədlərini Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi təqdim edir, Ermənistan rəhbəri isə təsdiqləyirdi, qondarma rejimin “prezident”inin bu məsələ ilə bağlı heç bir səlahiyyəti olmayıb.
Təqsirləndirilən şəxs ifadəsində 2020-ci ildə 44 günlük müharibə zamanı Araik Arutyunyanın tapşırığı ilə Talış kəndi və cənub istiqamətində döyüş bölgəsində artilleriya bölməsində olduğunu da etiraf edib.
“Gəlib dedim ki, orada qanunsuzluq hökm sürür, özbaşınalıqdır”, – deyə o əlavə edib.
- Sabahın havası bu şəxslər üçün əlverişlidir
- Şuşada möhtəşəm “Novruz” şənlikləri təşkil edildi
- Sabah hava necə olcaq?
- Xətaidə kanalizasiya kollektoru çökdü, evləri su basdı
- Neftçalada iki qardaş bayram günü faciəvi şəkildə öldü
- Allahşükür Paşazadə: Yaxın dostumu itirdim
- Prezidentdən Ramazan bayramı münasibətilə paylaşım...
- Bayram namazı qılındı