Bəzi hallarda “boşanma ‘partiləri‘‘ təşkil edilir, bu hadisə təmtəraqla qeyd olunur və bu, cəmiyyətdə boşanmaları adi hala çevirmək məqsədi güdür. Bundan əlavə, televiziyalarda boşanmış qadınların dəbdəbəli həyat tərzi nümayiş etdirilir ki, bu da evli qadınlar üçün bir stimula çevrilir və onların ailə həyatına fərqli yanaşmasına gətirib çıxarır.
Bu sözləri BUTA.TV-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev boşanmaların artma səbəblərini şərh edərkən deyib. Onun sözlərinə görə, hazırda boşanmaq üçün müraciət edənlərin 70%-dən çoxu qadındır:
“Yerli seriallarda əsas qəhrəmanlar evlilik olmadan uşaq dünyaya gətirir, qeyri-rəsmi nikah və azad münasibətlər normallaşdırılır. Halbuki əvvəlki dövrlərdə cəmiyyət bu cür hallara mənfi yanaşırdı. Bu kimi təbliğatlar ailə dəyərlərinin zəifləməsinə və boşanmaların artmasına səbəb olur”.
Sosioloq ailə institutunun gücləndirilməsi üçün mediada maarifləndirici verilişlərin və sosial təşviqat kampaniyalarının aparılmasının vacibliyini qeyd edib. O bildirib ki, boşanmış insanların yalnız rahat həyat tərzinin deyil, həm də qarşılaşdıqları çətinliklərin göstərilməsi ailə münasibətlərinin qorunmasına töhfə verə bilər.
- Teleqram iki gündə 150 mindən çox kanalı blokladı
- Şəmkirdə oğul anasını öldürüb, özünü yandırdı
- FHN 454 nəfəri təxliyə etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Daşkəsəndə avtomobil yolu çökdü
- Qazaxda 18 yaşlı qız dəm qazından öldü
- Yol polisi rayonlardan qayıdanlara müraciət etdi
- Beş gün ardıcıl iş olmayacaq