Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

17:32 - 13 Mart 2025 - SİYASƏT

 Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

Ermənistan və Azərbaycan bir-biri üçün qarşılıqlı şəkildə nəqliyyat xətlərini açmalıdır.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli jurnalistlərlə söhbətində deyib.

“Məsələn, Ermənistanın şimal rayonlarından Mehriyə, yəni cənub bölgəsinə birbaşa dəmir yolu əlaqəsi yoxdur. Mövcud dəmir yolu xətti yalnız Azərbaycan ərazisindən, Naxçıvan Muxtar Respublikasından keçir.

Ona görə də deyirik ki, Azərbaycanla dəmir yolu əlaqəsini bərpa etməyə hazırıq və bunun müqabilində Ermənistan üçün də analoji əlaqənin təmin olunmasını gözləyirik. Xüsusilə, Yerasxdan (Arazdəyən) Mehriyə dəmir yolu əlaqəsinin təmin edilməsi vacibdir. Çünki Ermənistanın öz ərazisindən cənubdan şimala dəmir yolu çəkməsi ölkənin dağlıq və sərt quruluşuna görə çox çətindir”, - baş nazir bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Tarkan Bakıya gəlir: Fantastik qazanc

Paşinyan əlavə edib ki, bu, Azərbaycandan Türkiyəyə Ermənistan ərazisindən keçməklə və əksinə dəmir yolu əlaqəsinin təmin olunması deməkdir:

“Bundan əlavə, bura Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana quru daşımaların təmin edilməsi daxildir.

Bu o deməkdir ki, Ermənistan Azərbaycan ərazisindən keçən dəmir və avtomobil yolları ilə də İran və Rusiyaya çıxa bilər. Əlbəttə, bu çərçivədə Ermənistan-Türkiyə dəmir yolunun açılması da nəzərdə tutulur və proses bu şəkildə getməlidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol