"Azərbaycan Ordusu" qəzetinə yeni redaktor təyin olunub.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, mayor Ceyhun Cəfərli Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Azərbaycan Ordusu" qəzetinin redaktoru vəzifəsinə gətirilib. Baş redaktor olmadığına görə nəşr hazırda onun rəhbərliyi ilə fəaliyyət göstərir.
C.Cəfərli bundan əvvəl "Azərbaycan Ordusu" qəzetinin məsul katibi işləyib.
Qeyd edək ki, qəzetin əvvəlki baş redaktorunun birinci müavini - baş redaktoru mayor Məhəmməd Nəsirli olub. O, sentyabrın əvvəlində işindən ayrılıb.
- Polis bu qadını axtarır - Foto
- Vüsal Nəsirli qaynını müşaviri təyin etdi
- Bakıda bu yolda sürət həddi endirildi
- Baş nazir leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verdi
- NİİM bunun üçün 4 milyon xərcləyəcək
- DTX-də general-leytenantların sayı 3-ə çatdı
- Yol polisi xəbərdarlıq etdi
- Bu ərazilərə qar yağır