Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
BUTA.TV başsağlığın mətnini təqdim edir:
"Hörmətli cənab Prezident, əziz Qardaşım.
Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!".
- “Azercell” 3 saylı Uşaq evini ziyarət etdi
- Xocavəndə və Xanabad kəndinə növbəti köç karvanı yola salındı
- "20 Yanvar" metrostansiyasında törədilən terrordan 32 il ötür
- Arvadını öldürüb, Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
- Bu məktəbə yeni direktor təyin edildi
- Bu kərə yağının görüntüləri hər kəsi narahat etdi - Video
- Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
- Sumqayıtda möhtəşəm bayram tədbiri - Foto