İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan

07:02 - 16 Yanvar 2025 - GÜNDƏM

 İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan

Hər bir ölkənin İrana qarşı müharibədə hansı mövqe tutacağına qərar verməsinin vaxtı çatıb. Paşinyan da öz qərarını verib və şübhəsiz ki, o və qrupu İrana qarşı müharibə üçün Ermənistanın bütün resurslarını səfərbər edəcək.

BUTA.TV xəbər verir ki, bu sözləri erməni ekspert Ayk Nahapetyan yerli mediaya müsahibəsində deyib.

O bildirib ki, İran yaxşı silahlanıb, ballistik və uzaqmənzilli hipersəs raketlərinə malikdir:

“İran İraq deyil. İranı işğal etmək və orada quru hərbi əməliyyat keçirmək üçün 1 milyon əsgər lazımdır və bu, 5-6 ay çəkəcək. Blinken “Gələn həftə Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək” deyərkən, komissiyanın bu işləri sürətləndirmək üçün Ermənistana gələcəyini nəzərdə tutub”, - o bildirib.

Nahapetyanın sözlərinə görə, Paşinyan Zəngəzurun qapılarını ilk növbədə hərbi baxımdan açıb və rus qoşunlarını da oradan çıxarması təsadüfi deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol