ABŞ-dan Ermənistana xüsusi sərhəd qrupunun göndərilməsi bölgədə gərginliyin artmasına səbəb olacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması barədə danışarkən deyib.
Politoloq bildirib ki, bəzi mənbələr Ermənistana göndəriləcək ABŞ hərbi qrupunun əsas hədəfinin İran olduğunu vurğulayır:
“Ona görə hesab edirəm ki, İrəvanın bu addımından İran ciddi şəkildə narahat olacaq. Çünki Trampın vəzifəyə başlamasından sonra İrana qarşı əməliyyat keçirilməsi ehtimalı yüksəkdir.
Düşünürəm ki, İranı dövlət olaraq çökdürəcəklər. Hətta gündəlikdə İranın bölünməsi planı da var. İran paytaxtının ölkənin cənubuna köçürülməsi istəyinin səbəbi də budur”.
- Rasim Balayev vəfat etdi
- Sabahın hava proqnozu açıqlandı
- Binəqədidə anbar yanır
- Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı
- Faktiki hava – Bu ərazilərə qar yağdı
- FHN 216 nəfəri təxliyə etdi - Video
- Abşeronda iki avtomobil yandı
- Laçına güclü qar yağdı - Video