Ötən il dekabrın 25-də Bakı – Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəza etdiyi ərazi simulyatorda nümayiş etdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə AzTV süjet yayımlayıb.
Əvvəlcə, təlimçi-kapitan Vüqar Mehdizadə “Embraer 190” təyyarəsinin Aktauya enməsinin səbəbini açıqlayıb: “Nə üçün Bakı – Qroznı reysini yerinə yetirən təyyarə Aktauya yönəldi və hadisə orada baş verdi? Çünki bu bölgənin sahəsi tamamilə düzənlikdir. Orada dağlıq ərazilər yoxdur. Əgər pilotlar dağlıq ərazidə yerləşən hava limanlarına yönəlsəydi, yanlış seçim olardı. Çünki hava gəmisi idarəedilməz durumda idi. Kapitanın Aktauya yönəlməsi tamamilə doğrudur. Onlar çox çətin vəziyyətdə Qazaxıstana qədər getdilər”.
Daha sonra pilot, qəzadan 3 gün əvvəl həmin təyyarəni idarə edən Tural Şahverdiyev qəza edən pilotların seçimindən danışıb: “Təyyarə kapitanı Aktauya gələrək normal eniş etməyi düşünürdü. O, bir neçə dəfə havada dövrə vuraraq ən uyğun enişi etmək istəyirdi. Lakin son anda nə baş verdiyini heç kəs bilmir”.
Daha ətraflı videomaterialda:
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu
- Parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırıldı
- Metroda qatarda texniki nasazlıq: hərəkət ləngidi
- ADSEA ASAN xidmət indeksi üzrə 2-ci yerə layiq görüldü