Gəncədə dörd avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə şəhərin Fətulla Həsənov küçəsində qeydə alınıb.
"BMV", "VAZ 2107", "NAZ LİFAN" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində 29 yaşlı Günay Azər qızı Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı ətrafdakı insanların köməyi ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Gəncə Şəhər Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunublar.
Araşdırma aparılır.
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto
- “Araz” internat məzunlarının məşğulluğuna dəstək göstərəcək
- Tanışını öldürmək istəyən şəxsə ağır cəza...
- WUF13 şirkəti “AzərEnerji” ilə memorandum imzaladı
- Xətaidə Xocalı soyqırımı ilə bağlı hazırlıq işləri yekunlaşdı - Foto