Azərbaycan hər şeyi düzgün edir. Bu, Ermənistan və Gürcüstanda baş verənlərlə müqayisədə çox yaxşı mənada faydalı görünür.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Pavel Klaçkov “Moskva-Bakı”ya müsahibəsində Bakının Amerika dövlət katibinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirmək təklifindən imtinasını şərh edərkən deyib.
“Azərbaycan sübut etdi ki, o, Rusiyanın şəffaf, konstruktiv tərəfdaşıdır, ona arxalana biləcək müttəfiqdir. Hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən çoxlu sayda layihəmiz var. Azərbaycanın siyasəti tarazlı, hərəkətləri düşünülmüş olması ilə seçilir, bütün risklər mərhələ-mərhələ hesablanır, siyasətdə tərəddüd yoxdur, məntiqlə qurulub. Artıq bir ildən çoxdur ki, Bakı ABŞ-ı açıq-aşkar tənqid edir, “ağasına” boyun əymir, çünki Azərbaycanda Ermənistandan fərqli olaraq, ağa yoxdur. Azərbaycan suveren siyasət aparır”, - o bildirib.
Klaçkov qeyd edib ki, Bakı artıq Amerikanın yeni administrasiyası ilə əlaqələr qurur:
“Azərbaycana heç kimlə münasibətlərdə çətinlik lazım deyil, lakin Bayden administrasiyası Vaşinqtonla Bakı arasında münasibətləri çətin vəziyyətə salıb. Bakı isə bütün qlobal oyunçularla konstruktiv münasibətlərə can atır, lakin milli maraqları bahasına deyil. Bakının ABŞ-ın indiki siyasətinə səbri tükənib”.
- Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
- Bakı separatçılarla bağlı İrəvanı əməkdaşlığa dəvət etdi
- Separatçıların cinayət işi məhkəməyə göndərildi
- Arvadını və qızını öldürən şəxslə bağlı qərar verildi
- İşdən çıxarılan səfir həbs edilə bilər - Şok mənimsəmə
- Niderland səfiri sərhədimizə gəldi
- Türkiyə regionu tam dəyişdi: Qafqaza qayıdır - Xaçatryan
- Emin Ağalarov bu ölkədə də “Sea Breeze” turizm mərkəzi tikir