Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhər və iqlim naziri Murad Kurum Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş COP16 çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.
O, keçən ay uğurlu ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib: “COP16 və COP29-da qəbul olunmuş qərarların tətbiqi istiqamətində birgə çalışaraq yaxşı gələcək üçün güclü addımlar atacağımıza inanıram”.
Xatırladaq ki, daha əvvəl Səudiyyənin paytaxtında BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasının (COP16) işə başladığı bildirilmişdi.
- Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd – Vəliyev
- Teleqram iki gündə 150 mindən çox kanalı blokladı
- Şəmkirdə oğul anasını öldürüb, özünü yandırdı
- FHN 454 nəfəri təxliyə etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Daşkəsəndə avtomobil yolu çökdü
- Qazaxda 18 yaşlı qız dəm qazından öldü
- Yol polisi rayonlardan qayıdanlara müraciət etdi